Aşağı Oratağda il ərzində 60 ev təmir və bərpa olunacaq

13.01.2026

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ağdərənin Aşağı Oratağ kəndində il ərzində 60 ev əsaslı təmir və bərpa olunacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevə kənddə görülmüş sosial layihələr barədə məlumat verərkən bildirilib.

Qeyd edilib ki, kənddə ümumilikdə 308 fərdi ev var. Onlardan 148-i yararsız, 160-ı isə qismən yararlıdır.

Hazırda 100 ev görülmüş bərpa işlərindən sonra istismara hazırdır. Kəndə ilkin olaraq 31 ailə (119 nəfər) qayıdıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью