Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir. Aşağı təzyiq nə deməkdir?
Qadınlarda 100/60 c.st-dan, kişilərdə 110/70 c.st-dan aşağı arterial təzyiq hipotoniya (hipo – az) sayılır.
Təzyiqi aşağı olan insanlar adətən daha tez yorulur, onlarda başgicəllənməsi, baş ağrıları, diqqət konsentrasiyası ilə problemlər olur.
Təngənəfəslik, ürəkdə sancma və sıxılma hissi mümkündür. Bəzi hipotoniklərdə ürəkdöyünməsinin artması kimi simptom müşahidə olunur ki, bunun
Bundan əlavə hipotoniyası olan insanların ətrafları daim soyuq olur ki, bu da piz qan dövranı isə izah olunur.
Aşağı təzyiq hər hansı konkret insanın fiziki xüsusiyyəti ola bilər.
Buna “ilkin konstitusional hipotenziya” deyilir və bu hal xəstəlik və ya pozulma sayılmır.
Belə hipotenziya daha tez-tez arıq cavan qadınlarda müşahidə olunur. Lakin aşağı təzyiq orqanizmdə olan pozulmanın simptomu da ola bilər.