Aşağı təzyiq zamanı nə etməli?

17.11.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Qan təzyiqinin normadan aşağı düşməsi başgicəllənmə, görmənin bulanıqlaşması və ümumi zəiflik kimi əlamətlərlə müşayiət oluna bilər.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, belə vəziyyət yarandıqda ilk növbədə qan təzyiqini tonometrlə ölçmək və göstəriciləri yoxlamaq vacibdir.

Aşağı təzyiqdən şübhələnən şəxslərin evdə tonometr saxlaması faydalıdır. Cihaz olmadıqda isə aptekdə qan təzyiqini ölçdürmək mümkündür.

Təzyiqin düşməsi zamanı orqanizmin maye balansını qorumaq da əhəmiyyətlidir. Susuzlaşma qan təzyiqinin azalmasına səbəb ola bilər. Bəzi hallarda duzlu qidalar və şirin çay təzyiqin yüksəlməsinə kömək edə bilər. Lakin bu üsullar hər kəs üçün uyğun deyil və xüsusilə ürək-damar, böyrək xəstəlikləri olan şəxslər həkim məsləhəti olmadan duz qəbulunu artırmamalıdır.

Belə vəziyyətdə insanın rahat nəfəs almasını təmin etmək, otağı havalandırmaq və dar paltarları boşaltmaq tövsiyə olunur. Başgicəllənmə zamanı yıxılma riskini azaltmaq üçün oturmaq və ya uzanmaq lazımdır.

Qan təzyiqinin tez-tez aşağı düşməsi diqqətdən kənarda qalmamalıdır. Bu halın səbəbini müəyyənləşdirmək üçün həkimə müraciət etmək, lazım gəldikdə elektrokardioqram (EKQ) müayinəsindən keçmək vacibdir. Huşun itirilməsi, sinə ağrısı, nəfəs darlığı və ya ciddi halsızlıq yaranarsa, təcili tibbi yardım çağırılmalıdır.

Murad İsmayıl 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью