Aşan ağac avtmobil yolunu bağladı FOTO

16.04.2025

Tribuna saytına istinadən Icma.az xəbər verir.

Yağışla müşahidə olunan güclü külək Bakının bir çox ərazilərində ağacları aşırıb.

Tribunainfo.az xəbər verir ki, küləyin təsirindən aşan ağaclar yolda hərəkəti də çətinləşdirib.
Real Partiyasının sədri Natiq Cəfərli paylaşdığı məlumatda qeyd edib ki, metronun “Nərimanov” stansiyasının yaxınlığında dünən gecədən külək ağacı avtomobil yoluna aşırıb. Gecədən ağac yolda qalıb. Səhər saatları olmasına baxmayaraq aidiyyəti qurumlar sözügedən ağacı avtomobil yolundan kənarlaşdırmayıblar.

Nigar İxtiyarqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью