Aşan avtomobil 50 metr sürüşərək dayandı Sürücü öldü

30.06.2025

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Hacıqabul rayonunda ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, dünən saat 03 radələrində 1991-ci il təvəllüdlü Şahid Mənəfovun idarə etdiyi “Opel Astra” markalı avtomobil Şamaxı-Sabirabad yolunun Hacıqabulun Padar Qışlaq kəndidən keçən hissəsində aşıb.

Bakı-Qazax magistral yolu istiqamətində hərəkətdə olan zaman qəfil idarəetmənin itirilməsi nəticəsində aşan avtomobil 50 metr məsafə qət edərək dayanıb.

Nəticədə sürücü Şahid Mənəfov hadisə yerində ölüb, avtomobildə olan 1999-cu il təvəllüdlü sərnişin-Xəlilli Xəyal Valeh oğlu bədən xəsarətləri ilə Ağsu xəstəxanasına yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью