Aşan avtomobildə yaralanan sürücü öldü

30.05.2025

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ağsuda yol qəzasında xəsarət alan şəxs xəstəxanada vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, 1992-ci il təvəllüdlü Ramin Abdullayevin idarə etdiyi “Mercedes” markalı avtomobil mayın 25-də yoldan çıxaraq aşıb.

Sürücü R.Abdullayev aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, mayın 29-da vəfat edib.

Fakta görə cinayət işi başlanıb, istintaq aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью