Asan İmza sertifikatlarının sayı AÇIQLANDI

17.11.2026

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2026-cı ilin yanvar – oktyabr ayları ərzində vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 454.838 müraciət qəbul edilib. Həmin müraciətlər üzrə 752.331 sayda xidmət göstərilib.

Gununesi.info bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

2026-cı ilin yanvar – oktyabr ayları ərzində vergi ödəyicilərindən daxil olmuş 22,7 min yazılı müraciət cavablandırılıb, onlara 18,6 milyon məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. 4.348 vergi ödəyicisinin iştirakı ilə 318 görüş keçirilib, 5.379 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib. Vergi ödəyicilərinin məlumatlandırılması istiqamətində preventiv tədbirlərin görülməsi məqsədilə onların mobil nömrələrinə 3,6 milyon SMS göndərilib.

Yanvar – oktyabr ayları üzrə ümumilikdə 253.774 müraciət üzrə 401.349 Asan İmza sertifikatı verilib.

Gununesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью