Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 17 dekabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi və "ASAN Könüllüləri" təşkilatının birgə təşkilatçılığı ilə "İnsan alverinə qarşı mübarizə" mövzusunda maarifləndirici təlim keçilib.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, təlim zamanı könüllülərə insan alverinin yaranma səbəbləri, risk faktorları və qurbanlara dəstək mexanizmləri barədə ətraflı məlumat verilib.
Təlim çərçivəsində həssas ailə kateqoriyasından olanların müvəqqəti yaşayış yeri ilə təmin edilməsi mövzusunda qrup işi həyata keçirilib. İştirakçılar real nümunələr əsasında fikir mübadiləsi aparıblar.
-1 / 4