ASAN Məktub sosial proqramı uşaqların arzularını növbəti dəfə gerçəkləşdirib FOTOLAR

02.06.2025

Icma.az bildirir, Azvision saytına əsaslanaraq.

AzVision.az xəbər verir ki, bu təşəbbüs çərçivəsində Ağstafadan 57 və Salyandan 27 olmaqla, ümumilikdə 84 uşağın arzusu gerçəkləşdirilib. Uşaqlara məktəb ləvazimatları, geyim, oyuncaqlar və digər hədiyyələr təqdim olunub.

“ASAN Məktub” sosial proqramı 2015-ci ildən etibarən 3–14 yaş arası sosial qayğıya ehtiyacı olan uşaqların arzu və istəklərini gerçəkləşdirmək məqsədilə fəaliyyət göstərir. Bu günədək "ASAN Məktub" sosial proqramı çərçivəsində 10.000-dən çox uşağın arzusu reallaşdırılıb.
Xatırladaq ki, proqram çərçivəsində uşaqların yazdığı məktublar www.asanmektub.az saytına yerləşdirilir və xeyirxah insanlar tərəfindən öhdəliyə götürülür.
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью