Icma.az, Azvision portalına istinadən məlumat yayır. CEPA24 sessiyası “Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq üçün dayanıqlı, inklü
Dövlət Agentliyinin sədri bildirib ki, Azərbaycan son illərdə dövlət xidmətlərinin inkişafı sahəsində beynəlxalq miqyasda nümunəvi təcrübə f
O qeyd edib ki, 2012-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan “ASAN xidmət” qısa müddət ərzində regionda və dünyada innovati
Bu gün ASAN modelinin 30-dan çox ölkəyə ixrac olunduğu diqqətə çatdırılıb.
Ü.Mehdiyev çıxışında qeyd edib ki, COP29 zamanı BMT ilə birgə yaradılmış Etimad Fondu mühüm təşəbbüslərdən biridir və Fond vasitəsilə Azərbaycan az inkişaf etmiş dövlətlərə, inkişaf etməkdə olan kiçik ada dövlətlərinə, dənizə çıxışı olmayan dövlətlərə və digər inkişaf etməkdə olan ölkələrə dövlət xidmətlərinin inkişaf etdirilməsi sahəsində texniki dəstək, təlimlər və resurslar təqdim etməyə hazırdır.
Bu fondun dövlət idarəçiliyində innovasiya və potensialın artırılmasına xidmət edəcəyi, institusional dayanıqlığın gücləndirilməsində və DİM-lərin reallaşdırılmasında mühüm vasitəyə çevriləcəyi diqqətə çatdırılıb.
Tədbirdə çıxış edən BMT-nin Dövlət İdarəçiliyi üzrə Ekspertlər Komitəsinin üzvləri Azərbaycan Respublikası tərəfindən dövlət xidmətlərinin göstərilməsi sahəsində həyata keçirilən fəaliyyəti və "ASAN xidmət" tərəfindən əldə olunan nailiyyətləri yüksək qiymətləndiriblər.
Eyni zamanda səfər çərçivəsində Dövlət Agentliyinin sədri ilə BMT Baş katibinin İqtisadi və Sosial Məsələlər üzrə müavini arasında görüş keçirilib.