ASAN Xidmət bayram günləri işləyəcək?

28.12.2024

Icma.az, Axar.az saytına istinadən bildirir.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar dekabrın 30-dan yanvarın 3-dək ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində qeyri-iş günü olacaq.

Axar.az xəbər verir ki, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi məlumat yayıb.

Qeyd edilib ki, yanvarın 4-dən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью