“ASAN xidmət” növbəti ilkə imza atıb FOTO

10.12.2024

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi İSO 56002:2021 “İnnovasiyalar üzrə İdarəetmə Sistemi” beynəlxalq sertifikatına layiq görülüb.

“Cebheinfo.az” xəbər verir ki, sözügedən sertifikatı ölkəmizdə ilk dəfə Dövlət Agentliyi əldə edib. Standartın alınması Dövlət Agentliyində innovasiya ekosisteminin beynəlxalq standartlara uyğun formalaşdırılmasının göstəricisidir.

Sertifikat Beynəlxalq Standartlar Təşkilatında (İSO) akreditasiya olunmuş Türkiyə Standartlar İnistutu tərəfindən verilib.

Dövlət Agentliyində formalaşdırılan innovasiyalar “ASAN xidmət” mərkəzlərində vətəndaşlara göstərilən dövlət xidmətlərinin daha effektiv və keyfiyyətli təşkili, həmçinin vətəndaşların dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsi məqsədilə tətbiq olunur.

Nigar
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью