Icma.az bildirir, Reyting.az saytına əsaslanaraq.
Novruz və Ramazan bayramları ilə əlaqədar 20, 21, 22, 23, 24 həmçinin 29, 30 və 31 mart tarixlərində "ASAN Xidmət" və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günü olacaq.
Reyting.az xəbər verir ki, 25, 26, 27, 28 mart tarixlərində hər iki mərkəzdə iş günü olacaq.
1 saylı Sumqayıt “ASAN Xidmət” mərkəzi zəruri təmir-bərpa işləri ilə əlaqədar 7 aprel 2025-ci il tarixinədək fəaliyyətini qismən məhdudlaşdırılmış formada davam etdirəcək. Mərkəzin qeyd olunan müddətdəki iş rejimi barədə məlumatı https://vxsida.gov.az/az/article/2370 keçidinə daxil olmaqla əldə etmək olar.