ASAN xidmət təcrübəsinin İraqda tətbiqi müzakirə edilib

15.10.2026

Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

"ASAN xidmət" təcrübəsinin İraqda tətbiqi imkanları müzakirə edilib.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycanın İraqdakı səfiri Eldar Səlimov "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.

"Bu gün İraq Federal Dürüstlük Komissiyasının Sədri Dr. Məhəmməd Əli Əl-Lami ilə səmərəli görüşümüz olub. Görüşdə İƏT-in Bakı iclasında iştirak, anti-korrupsiya sahəsində əməkdaşlıq və "ASAN xidmət" təcrübəsinin İraqda tətbiqi imkanlarını müzakirə etdik", - o yazıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью