ASAN xidmət və ASAN kommunal mərkəzləri bayram günlərində işləyəcək?

07.11.2024

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Zəfər Günü və Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar 8, 9 və 10 noyabr tarixlərində bütün "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində qeyri-iş günü olacaq.

Bu barədə Milli.Az-a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən (ASAN Xidmət) məlumat verilib.

Bildirilib ki, 11 noyabr tarixindən vətəndaşlar Bakı şəhərində yerləşən 2 və 5 saylı "ASAN xidmət" mərkəzləri istisna olmaqla (14 noyabr tarixinədək) digər mərkəzlərə müraciət etməklə xidmətlərdən yararlana bilərlər.

11, 12 və 13 noyabr tarixlərinə hazır sənədlərini 2 saylı Bakı "ASAN xidmət" mərkəzindən əldə etməli olan vətəndaşlarımızdan 6 saylı Bakı "ASAN xidmət" mərkəzinə, 5 saylı Bakı "ASAN xidmət" mərkəzindən əldə etməli olan vətəndaşlarımızdan isə 7 saylı Bakı "ASAN xidmət" mərkəzinə müraciət etmələrini xahiş edirik.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью