“ASAN xidmət”ə 80 milyonuncu müraciət qeydə alındı

03.12.2024

Icma.az bildirir, Modern.az portalına istinadən.

Dekabrın 3-də “ASAN xidmət”ə 80 milyonuncu vətəndaş müraciətinin qeydə alınması ilə bağlı tədbir keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, həmin müraciət 3 saylı “ASAN xidmət” mərkəzinə Könül Hadıyeva tərəfindən edilib. O, Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən doğumun qeydə alınması xidmətindən yararlanıb.

80 milyonuncu müraciətin sahibi kimi Könül Hadıyevaya təşəkkürnamə və ABAD-çı tərəfindən hazırlanmış simvolik hədiyyə təqdim olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью