ASAN Xidmətin bayram günlərində iş qrafiki belə olacaq

07.11.2024

Icma.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar noyabrın 8, 9 və 10-u bütün ASAN Xidmət və ASAN kommunal mərkəzlərində qeyri-iş günü olacaq.

Hurriyyet.az xəbər verir ki, bu barədə "ASAN Xidmət"dən  məlumat verilib.

Belə ki, noyabrın 11-dən 14 noyabr tarixinədək vətəndaşlar Bakı şəhərində yerləşən 2 və 5 saylı ASAN Xidmət mərkəzləri istisna olmaqla digər mərkəzlərə müraciət etməklə xidmətlərdən yararlana bilərlər.

Noyabrın 11, 12 və 13-ü hazır sənədlərini 2 saylı Bakı ASAN Xidmət mərkəzindən əldə etməli olan vətəndaşlar 6 saylı Bakı ASAN Xidmət mərkəzinə, 5 saylı Bakı ASAN xidmət mərkəzindən əldə etməli olan vətəndaşlar isə 7 saylı Bakı ASAN Xidmət mərkəzinə müraciət edə bilərlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью