“ASAN xidmət”in ixrac coğrafiyasına yeni ölkələr daxil olur

07.11.2026

Icma.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda keçirilmiş “BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” beynəlxalq tədbirinin əhəmiyyəti, əldə olunan nəticələr və dövlət idarəçiliyinin inkişafına verəcəyi töhfələr qonaqlar tərəfindən xüsusi vurğulanıb.
Zimbabve tərəfi ilə görüşdə həmin ölkənin Prezidentinin Azərbaycana səfəri zamanı “ASAN xidmət” mərkəzinə ziyarəti məmnunluqla xatırlanıb. Həmçinin onun tapşırığına əsasən “ASAN xidmət” təcrübəsinin ölkələrində tətbiqi ilə bağlı zəruri addımların atılacağı qeyd olunub.
Keniya tərəfi ilə keçirilən görüşdə “ASAN xidmət” modelinin bu ölkədə tətbiqi və müvafiq sistemin qurulması istiqamətində razılıq əldə olunub.
Qabon tərəfi dövlət xidmətlərinin əlçatanlığının təmin edilməsinin ölkələri üçün prioritetlərdən biri olduğunu vurğulayıb. Bu baxımdan bürokratik maneələrdən kənar, çevik, şəffaf və vətəndaşyönümlü xidmətlərin təşkili sahəsində “ASAN xidmət”in ideal nümunə olduğu qeyd edilib, bu təcrübənin öyrənilməsinə və tətbiqinə dair maraq ifadə edilib.
Banqladeş, Seyşel və Çad rəsmiləri “ASAN xidmət” modelinin ölkələrində tətbiqinə dair əməkdaşlıq müqaviləsinin imzalanmasında maraqlı olduqlarını bildirərək bu istiqamətdə qısa müddətdə konkret addımların atılmasının vacibliyini vurğulayıblar.
Qonaqlara ASAN İnnovativ İnkişaf Mərkəzinin fəaliyyət istiqamətləri, təqdim olunan təlim proqramları barədə də məlumat verilib və müvafiq sahə üzrə əməkdaşlıq istiqamətləri müzakirə olunub. Qalereya
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью