Asatryan Zəngəzur dəhlizinin keçəcəyi ərazidən paylaşım etdi Video

14.08.2026

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Ermənistanlı ictimai-siyasi xadim Sarkis Asatryan 8 avqust 2025-ci ildə keçirilmiş tarixi Vaşinqton Sammitinin birinci ildönümü münasibətilə Azərbaycan və Ermənistan xalqlarını təbrik edib.

“Qafqazinfo” xəbər verir ki, o, sosial şəbəkə hesabında Zəngəzur dəhlizinin keçəcəyi ərazidən paylaşım edib. 

“08.08.25-ci il tarixində Ermənistan və Azərbaycan liderləri, Nikol Paşinyan və İlham Əliyev ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Vaşinqtonda keçirilən görüşün yekunlarına dair Birgə Bəyannaməni imzaladılar”, - Sarkis Asatryan “Sünik qapıları” adlanan ərazidə çəkilmiş videoya əlavə edib. 

O, əldə edilmiş sülhün əleyhinə çıxış edən qüvvələri sülhün dəyərini anlamamaqda və üçüncü ölkələrin maraqlarına xidmət etməkdə ittiham edib.  

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью