ASCO nun gəmi bərələri ilə sərnişin daşımaları artıb

21.10.2026

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

AZCON Holding şirkətlərindən olan ASCO-nun gəmi-bərələri ilə 2026-cı ilin yanvar–sentyabr ayları ərzində 21 939 nəfər sərnişin daşınıb.

XQ xəbər verir ki, bu barədə ASCO məlumat yayıb.

Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 14% artım deməkdir. Belə ki, 2025-ci ilin yanvar–sentyabr aylarında daşınan sərnişinlərin sayı 19 289 nəfər olub.

Bu ilin sentyabr ayı üzrə sərnişin daşınması isə keçən ilin eyni dövrü ilə müqayisədə 40% artıb. Ötən ay ASCO-nun gəmi-bərələri ilə 2 907 nəfər sərnişin daşınıb. 2025-ci ilin sentyabrında bu rəqəm 2 076 olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью