ASCO nun gəmi bərələri ilə TIR daşımaları 6 faiz artıb

20.07.2026

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) gəmi-bərələri ilə avtotexnika (TIR) daşımalarının həcmi 2026-cı ilin I yarımilində ötən ilin eyni dövrü ilə müqayisədə 6% artıb. Avtosfer.az ASCO-ya istinadən xəbər verir ki, 2025-ci ilin I yarımilində gəmi-bərələrlə 486 min 926 ton avtotexnika (TIR) daşındığı halda, cari ilin müvafiq dövründə bu göstərici 515 min 33 tona çatıb. İlk yarımildə ən yüksək aylıq göstərici isə 2026-cı ilin iyun ayında qeydə alınıb. Həmin ay ərzində 116 365 ton avtotexnika (TIR) daşınıb. Bu da ötən ilin iyun ayında daşınmış 85 804 ton ilə müqayisədə 41,4% çoxdur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью