ASCO nun gəmiləri Neptun qurğusunu Türkmənistandan Azərbaycana gətirib

10.06.2025

Sia Az saytına istinadən Icma.az xəbər verir.

“AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) gəmilərinin iştirakı ilə “Neptun” qazma qurğusu Xəzər dənizinin Türkmənistan sektorundan Azərbaycana gətirilib. SİA bu barədə ASCO-ya istinadən xəbər verir.

Məlumata əsasən, qurğunun yedəklənməsi əməliyyatında “Hövsan”, “Hövsan 2”, “SOCAR 1”, “Andoqa”, “Şüvəlan” və “Mərdəkan” gəmiləri iştirak ediblər. Üç gün müddətində davam edən mürəkkəb dəniz əməliyyatı peşəkar heyət tərəfindən tam təhlükəsizlik təmin olunmaqla uğurla tamamlanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью