ASCO nun Texniki direktoru vəzifəsindən ayrılıb

21.08.2026

Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Texniki direktoru Rəşad Göyüşov öz ərizəsinə əsasən vəzifəsindən ayrılıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq ASCO-dan bildirilib.

Məlumata əsasən, bununla bağlı səhmdar cəmiyyətin İdarə Heyətinin sədri Əfqan Cəlilov müvafiq əmr imzalayıb.

Qeyd edilib ki, R.Göyüşovun ərizəsi nəzərə alınaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью