ASCO nun yeni sədri iki departament rəisini işdən çıxardı

02.02.2026

Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-də (ASCO) kadr islahatları aparılıb.

"Unikal"ın əldə etdiyi məlumata görə, bu barədə ASCO-nun sədri Əfqan Cəlilov əmrlər imzalayıb. Belə ki, ASCO-nun Daxili nəzarət departamentinin rəisi Vaqif Quliyev təqaüd yaşına çatması ilə əlaqədar,  Maliyyə və uçot departamentinin rəisi Fəxrəddin Həsənov isə öz ərizəsi əsasında vəzifəsindən ayrılıb.

ASCO-dan sorğumuza cavab olaraq xəbəri təsdiqləyiblər.

Xatırladaq ki, Əfqan Cəlilov 16 yanvar 2026-ci il tarixində ASCO-nun sədri təyin olunub.

Murad İbrahimli


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью