ASCO: Xəzərdə hava şəraitinin pisləşməsi ilə əlaqədar gəmilər lövbər dayanacaqlarına göndərilib

01.03.2025

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xəzər dənizində hava şəraitinin pisləşməsi ilə əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus Dəniz Nəqliyyatı Donanmasının və Xəzər Dəniz Neft Donanmasının gəmiləri lövbər dayanacaqlarına və sığınacaqlara göndərilib.

Ölkə.az xəbər verir ki, bu barədə ASCO-dan məlumat verilib.

“Onların fəaliyyətlərinin axşam saatlarında bərpa ediləcəyi gözlənilir”, - ASCO-dan bildirlib.

Qeyd edək ki, hazırda ölkə ərazisində qarlı və şaxtalı hava şəraiti davam edir. Bakıda və Abşeron yarımadasında - 4, Aran rayonlarında - 3, Naxçıvan MR-da - 10, dağlıq rayonlarda isə - 20 dərəcəyədək şaxta qeydə alınıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью