ASCOnun zəngin tarixini əks etdirən kitabfotoalbom nəşr

02.12.2024

Icma.az, Azvision saytına istinadən bildirir.

Nəşrdə 166 illik tarixi olan şirkətin fəaliyyətinin bütün mərhələləri əksini tapıb. Kitab-fotoalbom vasitəsilə təkcə ASCO-nun tarixi ilə deyil, həm də onun ölkəmizdə dənizçilik ənənələrinin formalaşdırılmasındakı rolu ilə yaxından tanış olmaq mümkündür.
Böyük sevgiylə hazırlanmış bu nəşri Cənubi Qafqazın fəaliyyətdə olan ən qədim şirkətinin inkişaf yolunu canlandıran vizual əsər də hesab etmək olar: “Zamanla eyni dalğada” kitab-fotoalbomunda yer alan hər bir arxiv sənədi, eləcə də nadir fotoşəkillər və müasir görüntülər özlüyündə ASCO-nun tarixini şərh edir.
Kitab-fotoalbom dənizçilərin, gəmilərin, ümumilikdə ASCO-nun Azərbaycan iqtisadiyyatına verdiyi töhfənin əhəmiyyətini vurğulamaqla, təkcə məlumat mənbəyi deyil, həm də gəmiçiliyə və dənizçi peşəsinə marağı olan hər kəs üçün ilham qaynağı rolunu oynayır.
Azərbaycan və ingilis dilində nəşr olunan kitab-fotoalbomun elektron versiyası ilə BURADAN tanış ola bilərsiniz.
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью