ASCOya məxsus 12 avtomobil hərraca çıxarılacaq

22.11.2024

Anews portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) balansında olan 12 avtonəqliyyat vasitəsini açıq hərraca çıxarır. Bu barədə Dövlət Xidməti məlumat yayıb.

Məlumata görə, hərrac dekabrın 26-da, saat 10:00-da Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) keçiriləcək.

Hərraclarda iştirak etmək istəyən şəxslər lazımi sənədləri hərracın başlanmasına ən geci 3 bank günü qalana qədər Əmlak Xidmətləri Məkanına təqdim etməli, ASCO-nun hesabına beh ödəməlidir
www.anews.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью