ASEAN sammitində kritik görüş: Lavrov və Rubio bir araya gəldi

23.07.2026

Turkstan.az saytına istinadən Icma.az xəbər verir.

Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Marko Rubio ilə görüşündə Rusiya-Ukrayna müharibəsini və ikitərəfli münasibətləri müzakirə edib.

Turkustan.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, görüş Filippinin paytaxtı Manilada Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) toplantısı çərçivəsində baş tutub.

Nazirlik bildirib ki, Ukrayna böhranının əsas müzakirə mövzusu olduğu görüşdə Lavrov amerikalı həmkarını cəbhə xəttindəki son vəziyyət barədə məlumatlandırıb. O, Kiyevə silah tədarükünü davam etdirən Avropa ölkələrinin Rusiyanı strateji məğlubiyyətə uğratmağa yönəlmiş siyasətinin qəbuledilməz olduğunu vurğulayıb.

Lavrov həmçinin Rusiyanın münaqişənin siyasi və diplomatik yollarla həllinə açıq olduğunu bildirib və Moskvanın Alyaska sammitində ABŞ ilə əldə olunan razılaşmalara sadiq qaldığını qeyd edib.

Aytən Yaşar/ Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью