ASEAN Zirvə Toplantısı keçiriləcək

24.07.2025

Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.


Cari ilin oktyabr ayında ASEAN Zirvə Toplantısı keçiriləcək.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, sayca 47-ci olan Zirvə Toplantısı Malayziyada baş tutacaq.
Zirvə Toplatısına hazırlıq məsələsi bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Malayziyanın baş naziri Ənvər İbrahim arasında keçirilən telefon danışığı zamanı müzakirə edilib.
Söhbət zamanı prezident Ərdoğan Türkiyə ilə Malayziya arasında Hərtərəfli Strateji Tərəfdaşlığın hər sahədə inkişaf etdiyini və müdafiə sənayesi başda olmaqla bir çox sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün çalışdıqlarını bildirib.
Görüş zamanı hər iki lider həmçinin Qəzzada humanitar vəziyyətin pisləşdiyini vurğulayıb və İsrail hökumətinə beynəlxalq təzyiqlərin artırılmasının vacibliyini bildiriblər.
Mehman Mehdiyev
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью