Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycanlı MMA döyüşçüsü Asəf Çopurov bundan sonra yarışlarda Rusiya bayrağı altında çıxış edəcək.
XQ xəbər verir ki, bu barədə idmançı sosial media hesabında paylaşım edib.
"Mən Volqoqrad şəhərində anadan olmuşam. Orada böyümüşəm və Rusiya mənə hərtərəfli dəstək olan ölkədir. Ona görə də Rusiyanı təmsil edəcəyəm. Mənə fərdi olaraq dəstək olan azərbaycanlı qardaşlarıma da təşəkkür edirəm. Xahiş edirəm, seçimimi anlayışla qarşılayın və sonradan "niyə" sualı verməyin."