Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Türkiyənin ASELSAN şirkəti beynəlxalq müştərisi ilə elektron müharibə, elektro-optik, axtarış başlığı, kəşfiyyat və müşahidə, rabitə və silah sistemlərinin ixracı üçün 157,9 milyon dollar dəyərində satış müqavilələri imzalayıb.
ASELSAN İctimai Açıqlama Platformasında (KAP) dərc olunan açıqlamada bildirib ki, "ASELSAN xaricdəki son istifadəçilərinə elektron müharibə, elektro-optik, axtarış başlığı, kəşfiyyat və müşahidə, rabitə və silah sistemlərinin ixracı üçün ümumi dəyəri 157,9 milyon dollar olan satış müqavilələri imzalayıb".
Bəyanatda həmçinin yeni işgüzar münasibətlərin şirkətin fəaliyyətinə təsiri qiymətləndirilərək deyilir: "Bu, şirkətin dövriyyəsinə müsbət təsir göstərəcək".
M.MİRZƏ
XQ