ASELSAN yeni “SMASH 300” silah sistemini təqdim edib

19.09.2026

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

İstanbul, 19 sentyabr, AZƏRTAC

Türkiyənin “ASELSAN” şirkəti dəniz platformaları üçün hazırladığı uzaqdan idarə olunan “SMASH 300” silah sisteminin yeni imkanlarını nümayiş etdirib.

AZƏRTAC xəbər verir ki, “SMASH 300” süni intellekt dəstəyi və ATOM ağıllı sursat inteqrasiyası sayəsində suüstü hədəflərlə yanaşı, mini və mikro PUA-lara qarşı da istifadə oluna biləcək.

Atış sınaqlarında sistem tək və çoxsaylı hava hədəflərinə qarşı effektivliyini nümayiş etdirib.

Yeni sistemdə hədəflərin aşkarlanması və izlənilməsi, obyektlərin təsnifləndirilməsi, elektro-optik müşahidə imkanları və sursat tutumu artırılıb.

Bununla bağlı “ASELSAN”dan verilən açıqlamada bildirilib ki, “SMASH 300”ün əsas məqsədi Türkiyə Hərbi Dəniz Qüvvələri və Sahil Mühafizə Komandanlığının dəniz platformalarının müdafiə imkanlarını yerli və milli texnologiyalarla gücləndirməkdir. 

Günel Karatepe

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью