AŞF in İcraiyyə Komitəsinin iclası keçirilib FOTO

29.04.2025

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Şahmat Federasiyasının (AŞF) İcraiyyə Komitəsinin iclası keçirilib.

AŞF-nin mətbuat xidmətindən İdman.biz-ə verilən məlumata görə, Milli Xalça Muzeyində təşkil olunan toplantıda qonaq qismində Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadiy Dvorkoviç, FIDE rəsmisi, ikiqat dünya çempionu, Ümumdünya Şahmat Olimpiadasının qalibi Çju Çen, Türkiyə Şahmat Federasiyasının prezidenti Fethi Apaydın da iştirak edib.

İcraiyyə Komitəsinin iclasında çıxış edən Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov qonaqlara “Baku Open 2025”in açılış mərasiminə qatıldıqları üçün təşəkkür edib. O, rəhbərlik etdiyi qurumun FIDE və Türkiyə Şahmat Federasiyasıyla əməkdaşlığının genişləndirilməsi istiqamətində mühüm işlər aparılacağını bildirib. Bu il ilk dəfə reallaşdırılan “Azərbaycan Şahmat Turu”na aid regionlardakı yarışlarda da yüksək təşkilatçılığının vacibliyi qeyd olunub.

AŞF prezidenti ikiqat dünya çempionu, Ümumdünya Şahmat Olimpiadasının qalibi Çju Çenə xatirə hədiyyəsi təqdim edib.

İcraiyyə Komitəsində AŞF-nin hesabat-seçki konfransıyla bağlı müzakirələr aparılıb.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью