Asfalt özü özünə sağalmağa başlayacaq

04.02.2025

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Böyük Britaniyada alimlər özünü bərpa edən asfalt hazırlayıblar.

Oxu.Az-ın "The Guardian"a istinadla verdiyi məlumata görə, bu barədə Suonsi Universitetinin alimləri bəyan ediblər.

Onların sözlərinə görə, bitumla kiçik bitki sporlarının qarışığı çatları "sağalda" biləcək. Özü də bunun üçün insan müdaxiləsi tələb olunmur.

Alimlər bildiriblər ki, çatların bərpası sayəsində yol örtüyünün dərinliyinə böyük ziyan vuran su düşməyəcək, bununla da səthin xidmət müddəti 30% artacaq.

Həmçinin vurğulanır ki, bu, yolda hərəkət sürücülər üçün daha rahat və stressiz olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью