Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsinin 6-cı döngəsində yol bərbad vəziyyətdədir.
Avtosfer.az-ın məlumatına görə, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Kadrlardan görünür ki, küçənin asfalt örtüyü yoxdur. Yolun səthi dağılıb, müxtəlif ölçülü dərin çalalar yaranıb. Xüsusilə yağışlı havalarda çalalar su ilə dolur və nəqliyyat vasitələrinin hərəkəti çətinləşir. Ərazidən keçən sürücülər avtomobillərini zədələməmək üçün çalalardan yayınmağa çalışaraq manevr etsələr də, onların hamısından yan keçə bilmirlər.
Mövcud vəziyyət piyadaların hərəkətinə də ciddi çətinlik yaradır.
Qeyd edək ki, ərazidə yaşayanların sözlərinə görə, yolun bu vəziyyətdə olması uzun müddətdir davam edir. Çoxsaylı şikayətlərə baxmayaraq, indiyədək problem aradan qaldırılmayıb.
Nərmin
bax.tvhttps://bax.tv/embed/228765.html