Asharq News: Trampın Qəzza planı yalnız İsrailin maraqlarını nəzərə alır

03.10.2025

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

ABŞ prezidenti Donald Trampın Qəzza münaqişəsinin həlli planı Fələstinin hüquqlarına məhəl qoymadan İsrailin maraqlarına xidmət edir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə “Asharq News” telekanalına Fələstinin HƏMAS hərəkatının adı açıqlanmayan nümayəndəsi məlumat verib.

"Trampın planı Fələstin xalqının hüquqlarına tamamilə məhəl qoymur. Sənədin müddəaları İsrail tərəfinin maraqlarına xidmət edir", - telekanalın mənbəsi bildirib. O qeyd edib ki, HƏMAS rəhbərliyi Amerika prezidentinin Qəzza zolağında münaqişəyə son qoymaq planı ilə bağlı qeyd-şərtləri var.

Məryəm Quliyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью