Asia Times: “İran oyun qaydalarını dəyişir” VİDEO

24.06.2025

Azvision saytına istinadən Icma.az xəbər verir.

AzVision.az xəbər verir ki, “Asia Times” nəşrində dərc olunan məqalənin müəlliflərinin fikrincə, bu hücum “ABŞ-nin Fars körfəzindəki hərbi mövcudluğunun artıq ev sahibi olan dövlətlər üçün təhlükəsizliyə zəmanət vermədiyinə dair açıq, hesablanmış xəbərdarlıqdır”. İran həmçinin bildirib ki, ABŞ və İsrailin hərəkətləri qanuni hədəflərin dairəsini genişləndirib.
“Vaşinqton üçün raket zərbəsi çəkindirmə ilə bağlı aktual suallar doğurur. ABŞ Körfəzdəki hərbi mövcudluğunu müttəfiqlər üçün qalxan və İrana qarşı çəkindirici vasitə kimi əsaslandırır. Lakin Tehran risklərə baxmayaraq, ABŞ-nin aktivlərinə birbaşa hücum etməyə hazır olduğunu göstərdi”, - məqalədə deyilir.
Müəlliflər vurğulayırlar ki, İranın zərbəsi “strateji” xarakter alıb və Körfəz ölkələrinə artıq hücumlardan immunitetə zəmanət verilmədiyini göstərib.
Xatırladaq ki, iyunun 23-də İran ordusu “Qələbə müjdəsi” əməliyyatı çərçivəsində Birləşmiş Ştatların hərbi bazalarının yerləşdiyi Qətərə doğru 6 və İraq ərazisinə bir raket atıb. “Press TV”-nin məlumatına görə, 3 raket Qətərdəki Amerika hava bazasını vurub.
Sahil İsgəndərov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью