Asim Münir Tehrana səfər edəcək

23.08.2026

Icma.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İranda sülh səyləri müzakirə olunacaq

Pakistan Ordusunun Baş Qərargah rəisi feldmarşal Asim Münir Tehrana səfər edəcək. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmail Bəqayi deyib.

Bildirib ki, Asim Münir bazar ertəsi rəsmi nümayəndə heyətinin rəhbəri kimi Tehrana səfər edəcək.

İran XİN rəsmisi qeyd edib ki, səfər İran-Pakistan arasında ikitərəfli əməkdaşlığın gücləndirilməsi, həmçinin Pakistanın regionda sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə göstərdiyi dəstəyin davam etdirilməsi məqsədi daşıyır.

Münirin səfər çərçivəsində İranın yüksək səviyyəli rəsmiləri ilə görüş və danışıqlar aparacağı qeyd olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью