Icma.az bildirir, futbolpress-az portalına istinadən.
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA Millətlər Liqası çərçivəsində növbəti matçda funksiyasını yerinə yetirəcək.
Futbolpress.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Təcrübəli mütəxəssis noyabrın 15-də Macarıstanın paytaxtı Budapeştdə baş tutacaq Belarus – Albaniya qarşılaşmasında hakim-inspektor kimi qüvvəsini sınayacaq. “İllovski Rudolf” stadionunda keçiriləcək görüş saat 21:00-da start götürəcək.