Asim Xudiyevə növbəti təyinat

06.12.2024

Icma.az, Fanat portalına istinadən məlumat verir.

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.

Fanat.Az AFFA-nın saytına istinadən xəbər verir ki, o, UEFA Konfrans Liqasının Liqa mərhələsinin 5-ci turu çərçivəsində “Olimpiya” (Sloveniya) - “Serkle Brügge” (Belçika) görüşünün hakim-inspektoru olacaq.

Qarşılaşma dekabrın 12-də, Lyublyana şəhərində yerləşən “Stojitse” stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью