Asim Xudiyevə UEFAdan növbəti təyinat

04.11.2024

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.

QOL.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, UEFA Gənclər Liqasının 2-ci mərhələsinin cavab oyunları çərçivəsində noyabrın 6-da keçiriləcək “Kayrat” (Qazaxıstan) – “Betis” (İspaniya) görüşünün hakim-inspektoru olacaq.

Almatı şəhərində yerləşən “Kayrat” akademiyasının stadionunda keçiriləcək matçı türkiyəli baş hakim Kadir Sağlam idarə edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью