Asim Xudiyevə yeni mövsümün ilk təyinatı

30.06.2026

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Asim Xudiyevə yeni mövsümün ilk təyinatı

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan 2026/2027-ci illər mövsümü üçün ilk təyinatı alıb.

QOL.az AFFA-nın saytına istinadən xəbər verir ki, UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində iyulun 8-də keçiriləcək “Kayrat” (Qazaxıstan) - “Sutyeska” (Monteneqro) oyununun hakim-inspektoru olacaq.

Qarşılaşma Almati şəhərində yerləşən “Ortalik” stadionunda baş tutacaq. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью