Asip Kayanın Naxçıvanda fəaliyyəti başa çatır

16.09.2026

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kayanın diplomatik fəaliyyət müddəti başa çatır.

Bakıvaxtı.az-ın məlumatına görə, Asip Kaya bildirib ki, 15 dekabr 2022-ci ildən davam edən Naxçıvan Baş Konsulluğu vəzifəsini tamamlayaraq sentyabrın 17-dən etibarən Naxçıvandan ayrılır.

O, fəaliyyəti dövründə Azərbaycan və Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafına töhfə verməkdən məmnunluq duyduğunu qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью