Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Milli Arxiv İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “Vest-LTD” QSC (VÖEN – 2100393871) olub.
Qalib şirkət Bakı şəhəri Həsən Bəy Zərdab küçəsi, 593 ünvanında yerləşən Dövlət Arixvlərinin binasında əsaslı təmir işləri aparacaq və qarşılığımda 671 min 902 manat 74 qəpik alacaq.
Qeyd edək ki, “Vest-LTD” QSC 14 aprel 2010-cu il tarixində dövlət qeydiyyatına alınıb.
Nizamnamə kapitalı 2050 manat olan şirkətin hüquqi ünvanı “Bakı şəhəri, Binəqədi rayonu, Cavad xan, ev 51, m. 46” olaraq göstərilir.
Şirkətin qanuni təmsilçisi isə Verdəliyev Şahin Əlimərdan oğludur.
Onu da bildirək ki, “Vest-LTD” QSC bugünə kimi dövlət qurumlarının keçirdiyi dəyəri milyonlarla manat olan çoxsaylı tender müsabiqələrində qalib olub.