Aşıq Ələsgərin vətənində də demarkasiya aparılacaq

01.02.2026

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Hakim “Vətəndaş Müqaviləsi” Partiyasının üzvü Aram Melkonyan bu gün Ermənistanın Baş naziri Nikol Paşinyanla birlikdə keçirilən liturgiyada iştirak etmək üçün Vardenis (Basarkeçər) rayonunun Armavir (Sərdarabad) bölgəsindəki Mrqaşat icmasına səfər edib.

“Cebheinfo.az” xəbər verir ki,  jurnalistlərə verdiyi müsahibədə Melkonyan səfərinin səbəbini belə açıqlayıb:

“Partiya liderim burada olduğu üçün gəldim”.

O, açıqlamasında Vardenis demarkasiya apaırlacağını deyib:

"Sizi əmin edirəm ki, bölgəmizdə demarkasiya aparıldıqda azərbaycanlılar bu yerləri tərk edəcəklər. Bu, yaxın gələcəkdə baş verəcək".

Məlumat üçün bildirək ki, Basarkeçər rayonu 1930-cu il sentyabrın 9-da yaradılıb. 1969-cu il iyunun 11-nə kimi Basarkeçər, həmin tarixdən sonra isə Vardenis rayonu adlandırılıb. Ərazisi 1151 km²-dir. Rayon mərkəzi Basarkeçər (dəyişdirilmiş adı Vardenis) rayonudur. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 168 km-dir.

Rayon ərazisində irili-xırdalı çoxlu dağ zirvələri və Göyçə gölünə tökülən çaylar vardır. Onlardan ən böyüyü Məzrə (dəyişdirilmş adı Masrik) çayıdır.  1948–1951-ci illərdə rayon əhalisinin bir qismi Azərbaycana  köçürülüb. Təkcə Zod kəndindən 100 ailə Xanlar (indiki Göygöl rayonu) rayonunda məskunlaşdırılıb. Bu vaxt Basarkeçərin 37 kəndində 30-u azərbaycanlı, 5-i erməni, 2-si isə qarışıq kəndlər idi.

Basarkeçər rayonu həmçinin Azərbaycanın məşhur el sənətkarı Aşıq Ələsgərin vətənidir. Aşığın məzarı və büstü onun doğma kəndi Ağkilsədə idi. Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsini fəth etmiş fateh Mehman Sayadov da burada doğulub.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью