Aşıq Yadigar VƏFAT ETDİ

18.11.2025

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradov vəfat edib.

Modern.az xəbər verir ki, o, ötən gecə xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Əməkdar artist bir müddət idi ki xəstəxanaya yerləşdirilmişdi. Y.Muradov onkoloji xəstə idi.

Yadigar Muradov 1958-ci ildə Ağdam rayonunun Novruzlu kəndində anadan olub. 1980-ci ildə İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. Təyinatla bir müddət Ağdam Dövlət Teatrında işlədikdən sonra, Şuşa Mədəni-Maarif Texnikumunda öz ixtisası üzrə dərs deməyə dəvət olunan Yadigar Muradov 1990-cı ilə qədər bu texnikumda aktyorluq ixtisasından və səhnə danışığından dərs verib. 1990-cı ildə Şuşa Dövlət Musiqili Dram Teatrı yaradılandan bu günə qədər teatrın direktoru idi.

Allah rəhmət eləsin!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью