Aşıq Yadigarın vəziyyəti AĞIRLAŞDI

16.10.2025

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradovun vəziyyəti ağırdır.

Modern.az xəbər verir ki, bu barədə "Report"a aktyorun oğlu Yaşar Muradov məlumat verib.

Onun sözlərinə görə, atasının müalicəsi Mərkəzi Klinik Xəstəxanada davam etdirilir:

"Təzyiqi düşüb, neçə gündür, qızdırması çox yüksəkdir. Hissiyyatı tamamilə itib".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью