Aşıq Zülfiyyə: “Çox vaxt günah qızın ailəsində olur”

22.05.2025

Icma.az, Adelet.az portalına istinadən məlumat verir.

Aşıq Zülfiyyə indiki gənc ailələrin boşanmasından danışıb.

Adalet.az xəbər verir ki,o, ailə dağılmasında daha çox qız tərəfi günahlandırır:

“Bilirsiniz, biz də gənc olmuşuq, amma ən xırda şeylərə görə söz- söhbət yaratmamışıq. Əgər xırda bir şey üstündə qız boşanırsa, burda günah qızın valideynlərindədir ki, boşanmağa adi baxırlar.Mən hamını demirəm təbii ki, tanıdığım ailədə boşanmış qız var, orda günahı oğlan tərəfdə yox, qız tərəfdə görürəm. 
Əgər bir qız ər evində döyülürsə, təzyiqlərə məruz qalırsa, oğlanın pis vərdişləri varsa o başqa məsələ. Heç kəs ona görə heç nə deyə bilməz. Amma bu qab burda deyi, ordadır. Niyə bunu burdan götürdün v.s şeylərə görə ailə dağılırsa, günahkar qız tərəfdir”.

Əntiqə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью