Asiya fond bazarları yeni həftəyə enişlə başlayıb

23.11.2026

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Asiya-Sakit okean regionunun fond bazarlarında yeni həftənin ilk ticarət sessiyasında mənfi dinamika müşahidə olunur.

“APA-Economics ” xəbər verir ki, noyabrın 23-də Honq-Konqun “Hang Seng” indeksi 143,70 bənd və ya 0,64% azalaraq 22 267,10 bəndə düşüb.

Çinin “CSI 300” indeksi 24,49 bənd və ya 0,62% geriləyərək 3 930,08 bənd, Avstraliyanın “S&P/ASX 200” indeksi isə 15,75 bənd və ya 0,18% azalaraq 8 576,90 bənd təşkil edib.

Yaponiyanın “Nikkei 225” indeksi ötən həftənin son ticarət sessiyasında 5,06% azalaraq 56 436,65 bəndə, “TOPIX” indeksi isə 3,88% geriləyərək 3 674,22 bəndə düşüb.

Regionun ümumi “MSCI AC Asia Pacific” indeksi noyabrın 20-də 3,26% azalaraq 234,57 bənd təşkil edib.

Analitiklərin qiymətləndirmələrinə görə, Asiya fond bazarlarında enişə ötən həftə ABŞ-da texnologiya səhmlərinin kəskin ucuzlaşması, süni intellekt layihələrinin gəlirliliyi və onların maliyyələşdirilməsi üçün cəlb olunan borclarla bağlı narahatlıqlar təsir göstərib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью