Asiya İnkişaf Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yaxşılaşdırıb | Icma.az
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Asiya İnkişaf Bankı (ADB) Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozunu yaxşılaşdırıb.
"APA-Economics" xəbər verir ki, ADB Azərbaycanda real ÜDM-in 2025-ci ildə 3,4 %, 2026-cı ildə isə 3,3 % artacağını proqnozlaşdırıb.
Bu isə əvvəlki qiymətləndirmələrlə müqayisədə 0,8 faiz bəndi çoxdur.
Ümumilikdə, ADB 2025-2026-cı illərdə Azərbaycan iqtisadiyyatının orta illik artımını 3,35 % səviyyəsində qiymətləndirir.
Bank ümumilikdə Qafqaz və Mərkəzi Asiya üzrə iqtsadi artımın 2024-cü ildəki 5,7 % -dən, 2025-ci ildə 5,4 %-ə, 2026-cı ildə isə 5 %-ə düşəcəyi proqnozlaşdırılıb.
ADB bunu sözügedən ölkələrdə zəif xarici tələb səbəbindən iqtisadi fəallığın yavaşlaması ilə izah edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu